Yunanıstanın şimalında 12 türkiyəli alpinist itkin düşüb

Yunanıstanın şimalında 12 türkiyəli alpinist itkin düşüb
19:13 24 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 24 yanvar, AzərTAc
Yunanıstanın şimalında yerləşən Pieria dağlarında 12 nəfər türkiyəli alpinist itkin düşüb.
Türkiyə mediasının məlumatına görə, hələ ki, Avropa İttifaqının fövqəladə hallar xidmətinə zəng vuran alpinistlərin yerləşdikləri yerin dəqiq koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.
İlkin ehtimala görə, alpinistlər Katerini şəhərindən 20 kilometr şimal-qərbə doğru irəlilədikdən sonra azıblar.
Alpinistlərin yerləşdikləri ərazidə tez-tez qar uçqunlarının baş verməsi onların həyatı üçün təhlükə riskini yaradır.
Axtarış–xilasetmə işlərinə başlanıldığı bildirilir.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR