İradədən libasını tənqid edənlərə cavab

İradədən libasını tənqid edənlərə   cavab
19:36 24 Yanvar 2015
156 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimovanı  "Gündəlik" verilişində geyindiyi libasa görə sosial şəbəkədə tənqid ediblər.

Axşam.az-ın məlumatına görə, paltarlarından danışan ifaçı geyim seçərkən hər zaman tamaşaçıların zövqünü nəzərə aldığını deyib:

"Çoxlarınız bu paltarı bəyənmədiniz, amma mən alarkən hər kəsin xoşuna gələcəyini düşünmüşdüm. Səhv edə, zövqümdə yanıla bilərəm. Libas alarkən, makiyaj edərkən, saçımı düzəltdirərkən hər zaman kənardakıları da düşünürəm. Heç olmasa onun xətrinə yazdığınız cümlələrə fikir verin. Sizlərdən sevgi istəmirəm. Onsuz da sevgidən qıtlıq çəkdiyinizi görürəm, amma hörmət qoymaq haqqında düşünsəniz pis olmaz. Əsasən də təhqir etməkdə, nalayiq sözlər yazmaqda fəal olan həmcinslərimə səslənirəm. Məni həm təəccübləndirir, həm də utandırırsınız. Bəlkə də yazdıqlarıma görə məni qınayacaqsınız, deyəcəksiniz: "Ay İradə, yazdığın bu cümlələrin hamısı əbəs yerədir". Ümidsiz yaşamaq olmaz. Allah böyükdür, sözlərim indi də olmasa, bir gün fayda verər".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR