Apple gözləri izləyəcək

Apple gözləri izləyəcək
19:42 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Apple şirkəti gözlərin izlənməsi və vizual nəzarət qurğusunu təsvir edən və kompüterlərin istifadəçi interfeysi elementlərində istifadə edilən patent alıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, izləmə nəzarətinin əsasında vizual effektlərin neytrallaşdırılması üsulu daxil edilib, hansı ki, insan müəyyən yerə uzun müddət baxdıqda baş verir və bunun nəticəsində bəzi elementlər tamamilə ekrandan qeyb ola bilərlər.
 
Patent Mac və IOS aparatlarının kameralardan göz hərəkətlərinin izlənməsi üçün istifadəsini, sonra isə ekrandakı elementlərlə kursor kimi bağlanmasını nəzərdə tutur. Kursor istifadəçinin baxışını izləyəcək və göz hərəkətlərini ekranın aktivliyinə ötürəcək. Patentin əsas məqsədi bu sistemin xüsusiyyətlərinin təsvirindən ibarət deyil, çünki bu, Troll effektinə qarşı mübarizə kimi birbaşa hədəfin konkretləşdirilməsi üçündür, hansı ki, istifadəçi uzun müddət ekrana baxmadıqda kursorun və bəzi digər elementlərin itməsinə səbəb ola bilər.
 
İzləmə sisteminin interfeysi Mac və IOS qurğularının əlçatımlığı sayəsində böyük üstünlüyə malik ola bilər və bu qurğular əl və barmaq istifadəsi məhdud olan istifadəçilər üçün kompüterdən istifadəni asanlaşdıra bilər. Bu, həmçinin əllər ekranda digər funksiyalarla və ya aksessuarlarla məşğul olduğu zaman yardımçı nəzarət üçün innovativ funksiya ola bilər. Gələcəkdə bu sistem Apple TV-də istifadə edilə bilər, Mac istehsalçıları ötən il Microsoft üçün Kinecti yaratmağa kömək edən PrimeSense alıb.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR