Azərbaycan Madriddə turizm sərgisində təmsil olunacaq

Azərbaycan Madriddə turizm sərgisində təmsil olunacaq
20:03 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Madrid, 24 yanvar, AzərTAc
Yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə ənənəvi “FITUR” Beynəlxalq turizm sərgisi keçiriləcək. Builki sərgidə Azərbaycanın da iştirakı nəzərdə tutulub.
“FITUR” Avropa ərazisində keçirilən ən mötəbər turizm sərgisi hesab edilir. Hər il bu sərgidə dünyanın 100-dən çox ölkəsi təmsil olunur. Ötənilki sərgidə 164 ölkədən 120 min nümayəndə iştirak etmişdi və onu 100 minə yaxın adam izləmişdi. Həmin sərginin işini 7000-dən çox jurnalist işıqlandırmışdı.
Aygün Əliyeva
AzərTAc-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Madridde_turizm_sergisinde_temsil_olunacaq-827350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR