Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 24 Yanvar
20:04 24 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Günün şərhi

 

Müharibənin strategiyaları var... Bu gün bombalanan Mariupol Ukraynada baş verən hadisələr fonunda ən strateji nöqtədir... Mariupola kimin nəzarət etməsi çox önəmlidir... Bu şəhəri hazırda Ukraynanın Stalinqradı da adlandırmaq olar... Separatçıların bu şəhər uğrunda döyüşlərə başlamasının məntiqi də budur... Mariupol həm də Krımla Şərqi Ukrayna arasında qapıdır... Yarım milyonluq şəhərin separatçıların əlinə keçməsi Şərqi Ukrayna ərazisi ilə Krım arasında quru yolunun açılmasıdır... Mariupolun əldən verilməsi Ukraynanın öz şərq əraziləri ilə birdəfəlik vidalaşması deməkdir... Bu şəhər uğrunda döyüşlərin hələ çox uzanacağı şübhəsizdir... Bu isə Ukraynada yeni insan ölümləri, yenə qaçqınlıq, yenə xaraba qalacaq yaşayış məntəqələri deməkdir... Müharibə isə davam edir... 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR