Filarmoniyada muğam gecəsi

Filarmoniyada muğam gecəsi
20:13 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, Türkan Abdullayeva, AzərTAc
Yanvarın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam gecəsi keçirilib,
AzərTAc xəbər verir ki, gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə televiziya muğam müsabiqələrinin laureatları çıxış ediblər.
Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti, professor Ağaverdi Paşayevdir.
Konsertdə orkestrin və solistlər - əməkdar artist Sahib Paşazadənin, muğam müsabiqələrinin laureatları Gülnar Qüdrətli, Xətai Hacıyev, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifalarında "Qatar dəramədi", "Zabul", "Zəminxarə", "Çahargah", "Dilkəş”, "Segah" təsnifləri, "Orta mahur", "Simayi şəms" ritmik muğamı səsləndirilib.
İfalar alqışlarla qarşılanıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Filarmoniyada_mugam_gecesi-827352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR