Lobbiçiliyə ən çox pul ayıran şirkət hansıdır?

Lobbiçiliyə ən çox pul ayıran şirkət hansıdır?
20:17 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatasına daxil olmuş sənədlərə əsasən, 2014-cü ildə Apple korporasiyası ABŞ-ın dövlət strukturlarında öz maraqlarının lobbiçiliyi üçün təxminən 4,1 milyon dollar xərcləyib ki, bu da 2013-cü illə müqayisədə 18 faiz yüksəkdir. 2006-cı ilədək Apple lobbiçiliyə ildə 1 milyon dollardan çox xərcləməyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə Google şirkəti ABŞ-ın Konqresində lobbiçiliyə 16.83 milyon dollar xərcləyib. Vergi, kibercinayətkarlıq və fərdi məlumatların mühafizəsi üzrə məsələlərdə öz maraqlarını təşviq edən Google, həmçinin hesabat dövründə səhiyyə sahəsinə maraq göstərib.
 
2014-cü ilin nəticəsinə görə, Microsoft korporasiyasının lobbiçiliyə xərcləri 8,3 milyon dollar təşkil edib. Eyni zamanda Facebook sosial şəbəkəsi xərclərini 9,34 milyon dollaradək artırıb. Şirkət istifadəçi məlumatlarının məxfiliyini qorumaq, informasiya təhlükəsizliyi və əqli mülkiyyət hüquqlarının müdafiəsi, həmçinin vergi məsələləri və rəqabət qabiliyyətinin saxlanılması kimi məsələlər üzrə öz maraqlarını təşviq edib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR