Yəmən qaynayır

Yəmən qaynayır
20:37 24 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Minlərlə Yəmən sakini küçələrə çıxaraq paytaxt Sanada şiə Hüsi üsyançılarına qarşı etiraz yürüşündə iştirak ediblər.

Milli.Az BBC-yə istinadən bildirir ki, bu arada Hüsi üsyançıları paytaxt Sanaya nəzarəti gücləndirməkdə davam ediblər.
 
Sanada cümə günü yürüşlər Qərb ölkələri tərəfindən dəstəklənən prezident və Baş nazirin istefası ərəfəsində keçirilib.
 
Xəbərlərdə qeyd olunduğu kimi, Sanada üsyançıların əleyhinə yürüşlərlə yanaşı üsyançıların leyhinə, onların dəstəklənməsi məqsədilə də aksiyalar keçirlir.
Prezident Əbdrəbbuh Mansur Hadinin təbirincə, Hüsilər sülh sazişini rədd edəndən sonra o, vəzifəsini davam etdirə bilməz.
 
Üsyançılara qarşı etirazlar şənbə günü Yəmənin bir sıra digər şəhərlərində də keçirilib.
 
Bazar günü Yəmən parlamenti iclas keçirərək prezident Hadinin istefasını qəbul edib-etməmək barədə qərar çıxarmalıdır.
 
Yəmən kəşfiyyatının rəhbəri, Əli Həsən əl-Əhmədi də istefa verib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR