Ölənlərin sayı 27 nəfərə çatdı

Ölənlərin sayı 27 nəfərə çatdı
20:41 24 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Mariupol şəhərində separatçıların şəhəri atəşə tutması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Facebook səhifəsində Mariupol şəhər şurasının katibi Andrey Feday yazıb.

"Mariupolda artıq 27 nəfər həlak olub. Ölənlərdən ikisi uşaqdır. 97 yaralı arasında isə 5 uşaq var. Onların arasında vəziyyətləri son dərəcə ağır olanları var", - deyə Feday bildirib.

Qeyd ki, Ukraynanın Mariupol şəhəri bu gün separatçılar tərəfindən “Qrad” qurğuları ilə atəşə tutulub. Hazırda Mariupolda olan Ukraynanın baş naziri Arseni Yatsenyuk hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR