Bu da dəbdəbəli Mercedes Viano - FOTO

Bu da dəbdəbəli Mercedes Viano - FOTO
20:42 24 Yanvar 2015
384 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mercedes Viano zirvə komplektasiyasında limuzinə əla alternativ ola bilər. Məhz bu xüsusiyyəti ilə o biznesmenlər, siyaətçilər və digər işgüzar insanlar arasında çox populyardır. Öz modeli üçün maksimum rahatlıq və ən yüksək həddə dəbdəbə arzu edənlər üçün Brabus tüninq emalatxanası Viano iBusiness təklif edir. Bu avtomobilin salonunu tünerlər bütün məsələləri həll etməyin mümkün olduğu, həm də maksimum rahatlıqla mümkün olduğu əsl ofisə çeviriblər.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Brabus Viano iBusiness sərnişin bölməsi tamamilə yenidən işlənib və onun tərtibatının tamamilə fərdi sifariş əsasında yerinə yetirilməsi mümkündür. Burada istifadə olunan materialları bütünlüklə dəyişərək və səs izoləsini yaxşılaşdırmaqla yanaşı tünerlər bir cüt elektriklə nizamlanan kürsü və onların əksində iki kiçik qatlama kürsü quraşdırıblar. Kompüterə birləşdirilən nəhəng ekran iş və istirahət üçün geniş imkanlar verir. Yolda kofe maşınının hazırladığı kofedən içmək mümkündür. Soyuducuda isə müxtəlif içkiləri və meyvələri saxlamaq olar. Bu və digər avadanlıqları dirsəkaltında yerləşdirilmiş sensor ekran və ya xüsusi proqram quraşdırılmış iPad vasitəsi ilə idarə etmək mümkündür. Bütün bu rahatlıqları yüksək keyfiyyətli dəri və gözə çox xoş təsir bağışlayan işıqlandırma tamamlayır.
 
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR