Prezident İlham Əliyev Hindistan prezidenti və Avstraliyanın qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Hindistan prezidenti və Avstraliyanın qubernatorunu təbrik etdi
20:47 24 Yanvar 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:
 
"Hörmətli cənab Prezident,
 
Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".
 
Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyva ünvanlanmış təbrik məktubunda isə deyilir:
 
"Hörmətli cənab General-Qubernator,
 
Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olmuşdur. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
 
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR