İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO)

İŞİD yaponu belə edam etdi (VİDEO, FOTO)
21:01 24 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması yapon girovlarından birini öldürüb.

ANS PRESS-in məlumatına görə, bu haqda terrorçuların saytı xəbər yayıb.

Saytda terrorçular audioyazı yerləşdiriblər. Girov Kendzi Qoto Dzeqo əlində öldürülmüş Xarunı Yukavınin fotosunu tutaraq müraciət edib.

“Siz məni tutanların təhdidlərini ciddi qəbul etmədiniz və 72 saat ərzində heç bir iş görmədiniz. Mənim sevimli arvadıma deyirəm ki, səni sevirəm. İki qızım üçün darıxıram. Zəhmət olmasa məni öldürməyə imkan verməyin".

Qeyd edək ki, Yaponiyanın iki vətəndaşlarından ötrü iki yüz milyon dollar ödəmək üçün terrorçular tərəfindən verilmiş üçgünlük vaxt başa çatıb. İndi Yaponiya hakimiyyəti İordaniya və Türkiyə ilə birgə edam haqqında informasiyanın dəqiqliyini yoxlayır.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR