Diyarbakırda "Charlie Hebdo" əleyhinə mitinq olub

Diyarbakırda "Charlie Hebdo" əleyhinə mitinq olub
21:05 24 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-də Türkiyənin şərqində Diyarbakır şəhərində Fransadakı satirik "Şarli Ebdu" ( "Charlie Hebdo") jurnalı əleyhinə mitinq olub. Türkiyə mətbuatı mitinqdə 100 min adamın qatıldığını yazır. Təhlükəsizlik səbəbi ilə mitinqə gələnlərin üstü yoxlanıb.
 
Təşkilatçı Peyğəmbər Sevdalıları Platforumudur. Mitinq zamanı kütləvi namaz da qılınıb.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, “Şarlinin şeytanları, peyğəmbərimə dil uzatma”, “Lənət olsun mən Şarliyəm deyənlər” sloqanları səsələnib. Mitinq 2 saat davam edib.
 
Yanvarın 7-də silahlı şəxslər “Charlie Hebdo” satirik dərgisinin ofisinə hücum edərək orada 12 əməkdaşı öldürüblər. Bundan sonra polisin keçirdiyi əməliyyatda həmin hücumda şübhəli bilinənlər də öldürülüb.
 
Bu hadisədə sonra Parisdə dünya liderlərinin də qatıldığı çoxminlik etiraz yürüşü keçirilmişdi.
 
Bir çox müsəlman ölkələrində jurnalın İslam Peyğəmbərinin karikaturasını yaymasına etiraz olaraq aksiyalar keçirilib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/48917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR