Separatçıların hücumu: 30 ölü

Separatçıların hücumu: 30 ölü
21:16 24 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Müdafiə Nazirliyi rusiyameyilli separatçıların genişmiqyaslı hücumu keçdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Mariupolda döyüş zonası üzrə operativ qərargahın iclasında müdafiə naziri Stepan Poltorak açıqlama verib.

Onun sözlərinə görə, son günlər Luqanskdan Mariupola qədər döyüş zonasında şiddətli döyüşlər gedir:

"Luqansk ərazisindən başlayaraq Mariupolla qədər hər yerdə Rusiya bölmələriylə birlikdə qanunsuz silahlı birləşmələr geniş hücuma keçiblər".

Qeyd edək ki, Baş Qərargahın açıqlamasında bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Mariupolun müdafiəsinin gücləndirilməsi üçün bütün gücünü səfərbər edib.

Son məlumatlara görə, Donbassda ölənlərin sayı artıq 30 nəfərə çatıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR