Azərbaycanda restoran və şadlıq saraylarında yoxlamalar risk qiymətləndirmə sisteminə əsasən aparılacaq

Azərbaycanda restoran və şadlıq saraylarında yoxlamalar risk qiymətləndirmə sisteminə əsasən aparılacaq
17:17 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:11 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Gələn ildən Azərbaycanda restoran və şadlıq saraylarında yoxlamalar risk qiymətləndirmə sisteminə əsasən aparılacaq.

Bu barədə “APA-Economics”ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

 

İ. Abdullayevin sözlərinə görə, yoxlamalar ildə bir dəfə aparılacaq. Gələcək illərdə əvvəlki ildə aparılmış yoxlamanın nəticələrinə əsasən şadlıq sarayları və restoranlar risk qruplarına bölünəcək: “Yoxlamanın nəticəsi olaraq yüksək, orta və aşağı risk qrupları müəyyən olunacaq. Məsələn, yoxlamanın nəticəsindən asılı olaraq əgər hər hansı bir şadlıq sarayı və ya restoran orta qrupda idisə, biz onu yüksək risk qrupuna aid edib, növbəti ildə iki dəfə yoxlaya bilərik. Əksinə, bir il ərzində heç bir nöqsanı olmayan şadlıq sarayı və restoranlarda yoxlamalar aparılmayacaq. Əgər bir il ərzində bir şadlıq sarayında heç bir nöqsan olmayıbsa, həmin müəssisənin plana salınmasına nə ehtiyac var? Hər hansı bir məlumat daxil olmadığı təqdirdə hər hansı bir müəssisənin dövlət orqanı tərəfindən yoxlanılması nəzərdə tutulmur”.

 

Bununla belə, yoxlama planına salınmayan şadlıq sarayı və restoranlarla bağlı şikayət daxil olsa, dərhal burda monitorinq aparılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR