14 yaşlı məktəbli bıçaqlanaraq öldürüldü

14 yaşlı məktəbli bıçaqlanaraq öldürüldü
21:26 24 Yanvar 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikada məktəbli öldürülüb.

ANS PRESS-in məlumatına görə, Los-Anceles şəhərində naməlum şəxs bıçaqla 14 yaşlı yeniyetməyə hücum edib.

Polislərin verdiyi məlumatda hadisənin yerli vaxtla 15:30-da baş verdiyi bildirilir. Məktəbli dərsdən sonra küçəyə çıxıb. Bu zaman əlində bıçaq tutmuş cinayətkar ona hücum edərək bir neçə zərbə yetirib və cinayət yerindən uzaqlaşıb.

Təhsil müəssisəsində qalan digər məktəblilərə binada gizlənmək məsləhət görülüb. Hadisə yerinə gələn xüsusi polis dəstəsi vəziyyətin nəzarət altında olduğunu bəyan etdikdən sonra uşaqlar məktəbin binasını tərk ediblər.

Çoxsaylı bıçaq xəsarətləri almış məktəbli xəstəxanaya aparılıb. Həkimlər ona kömək edə bilməyiblər, uşaq xəstəxanada dünyasını dəyişib.

Hazırda qatilin axtarışları aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR