Şəhid əsgərin medalı ailəsinə təqdim olundu

Şəhid əsgərin medalı ailəsinə təqdim olundu
22:09 24 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Milli Ordunun şəhid əsgəri Rüstəm Əzizovun Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Astara rayonunun Pəlikeş kəndində  medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Rüstəm Əzizovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər. Daha sonra  şəhidin layiq görüldüyü medal onun valideynlərinə  təqdim olunub.

 

Qeyd edək ki, 2014-cü il noyabrın 20-də saat 12.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsindəki N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR