Parlamentdə qadın deputatların davası (FOTO)

Parlamentdə qadın deputatların davası (FOTO)
22:16 24 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstan parlamentində qadın deputatlar arasında dava olub.

ANS PRESS-in məlumatına görə, davaya səbəb Mərkəzi Bankın sədri postuna namizəd Xəlil Sedika olub.

Prezident Əşrəf Qəni Əhmədzaem tərəfindən irəli sürülən namizəd Xəlil Sedikanın ikili vətəndaşlığı mübahisələrə yol açıb.

Bir sıra parlament üzvləri iclasda onun sədr olmasına və təqdim edilməsinə qarşı çıxış edib.

Mübahisə davaya keçdikdə, aşağı palatanın spikeri Əbdül Rauf İbraqimi namizədə və davanın iki ən aktiv iştirakçısına parlament binasını tərk etməyi xahiş edib. Bunun üçün mühafizənin əlavə gücləri iclasa çağrılıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR