Amazon Kindle dərs vəsaiti oldu

Amazon Kindle dərs vəsaiti oldu
22:32 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Amazon birbaşa nəşr müəllifləri üçün yeni Kindle alətini istifadəyə verib – bu, təhsil və akademik institutlar üçün nəzərdə tutulmuş KDP EDU alətidir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, o Kindle dərslik yaradıcısı adlanır və müəlliflərə tələbələr üçün elektron kitablar, tablet, Android, iPhone, iPade, Mac və fərdi kompüterlərlə paralel nəşrlər yaratmağa imkan verəcək.
 
Kindle dərslik yaradıcıları, qaralamadan başlayaraq rəqəmli sənəd hazırlamağa çalışanlar üçün nəzərdə tutulmuş IBook Authorun əksinə, dərslik istehsalının daha sürətlə işləməsinə cəhd edirlər. Amazonun yeni aləti vasitəsi ilə yaradılan kitablar rənglidirlər, lüğət və multiplatforma ilə, PDF-ə çeviricisi və s. funksiyalar ilə təchiz olunublar.
 
Bu, eyni zamanda müəlliflər üçün iqtisadi nöqteyi-nəzərdən əlverişlidir, onlar hər bir opsiyadan əldə edilən gəlirin 70 faizini qazanırlar və onların müəllif hüquqları qorunur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR