Kibrit qutusu boydadır, uçur

Kibrit qutusu boydadır, uçur
22:37 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hollandiyanın TRNDlabs şirkəti SKEYE Nano Drone adlı kiçikölçülü kvadrokopter (pilotsuz uçuş aparatı) istehsal edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istehsalçının rəsmi saytına əsasən, uçuş aparatının ölçüsü 4x4x2,2 sm-dir. Belə ki, dronun ölçüsü kibrit qutusundan da kiçikdir. SKEYE Nano Drone uçuş aparatının çəkisi 12 qramdır. Sözügedən cihaz jiroskop və akselerometrlə təchiz edilib.
 
100 milliamper/saat tutumunda akkumulyator drona quraşdırılıb, aparat 8 dəqiqə müddətində havada qala bilər, amma şirkət xəbərdarlıq edir ki, çəkisinin az olmasına görə külək qurğunu apara bilər.
 
Uçuş aparatının dəstinə USB kabeli daxildir. Cihazın başlanğıc qiyməti 59 dollardan başlanır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR