Bolqarlar "Qarabağ"ı pərişan etdilər

Bolqarlar "Qarabağ"ı pərişan etdilər
22:42 24 Yanvar 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoxlama oyununu keçirib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Bolqarıstan klubu ilə oyunda sınayıb.
 
Belə ki, "Qarabağ"ın rəqibi "Levski" klubu olub. Oyun bolqarların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" iki penaltidən yararlana bilməyib. 5-ci dəqiqədə Riçard Almeyda, 70-ci dəqiqədə Danilo Dias 11 metrlik zərbəni boşa verib.
 
Qeyd edək ki, "Levski" 1914-cü ildə yaradılıb. Komanda tarixi ərzində 26 dəfə Bolqarıstan çempionu, 25 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. Stoyço Stoyevin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
 
"Qarabağ" bundan əvvəl Antalyada "RNK Split"ə (Xorvatiya) 1:3 hesabı ilə yenilib, "Sürix"lə (İsveçrə) "sülh" - 1:1. Ağdam klubu yanvarın 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
 
Antalya
Yoxlama oyunu
24 yanvar
 
Qarabağ (Azərbaycan) - Levski (Bolqarıstan) 0:3
Qarabağ: İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov.
Levski: Plamen İliyev, Stefan Velev, Emil Ninu, Borislav Stoyçev, Veselin Minev, Roman Proxazka, Migel Bedoya, Antonio Aniete, Luis Pedro, Bojidar Kfrayev, Valeri Domovçiyski.
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Akif Əmirəli.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR