Tütündən asılılıqdan tam xilas edən vasitə tapıldı

Tütündən asılılıqdan tam xilas edən vasitə tapıldı
17:28 26 Dekabr 2014
1336 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Araşdırmalar göstərir ki, sitizin bitki cövhəri nikotin plastırlarından daha yaxşı təsirə malikdir. Trend xəbər verir ki, “New Scientist” jurnalının məlumatına görə, sitizin nikotinin beyinin həzz reseptorlarına təsirinin qarşısını alır.

Yeni Zelandiyadan olan alimlər sitizin üzərində yeni tədqiqatlar aparıblar. Onlar tütündən imtina etmək istəyən 1310 nəfər siqaret çəkəni bir araya toplayıblar. Onların yarısına sitizin həbləri veriblər. Həblərin dozası 25 gün ərzində mütəmadi olaraq azaldılıb. Digər qrupa isə iki ay ərzində standart nikotin plastırları, yaxud saqqız verilib.

Alimləri bir həftə, bir ay, 2 ay və yarım il ərzində neçə nəfərin tütündən imtina edə biləcəyi maraqlandırıb. Məlum olub ki, birinci qrup ikincidən daha az siqaret çəkib. Yarım ildən sonra bu qrupda 655 nəfərdən 143-ü artıq siqaretdən imtina edib. İkinci qrupda belələrinin sayı 100 nəfər olub. Doğrudur, sitizenin ürəkbulanma, qusma və yuxu pozğunluğu kimi əlavə təsirləri olsa da, o, əlavənin müsbət qiymətləndirilməsinə təsir etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2348081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR