Ebola virusuna yoluxmuş tibb bacısı sağaldı

Ebola virusuna yoluxmuş tibb bacısı sağaldı
22:49 24 Yanvar 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

Sierra-Leonedə Ebola virusuna yoluxmuş şotlandiyalı tibb bacısı Polin Kafferki sağalaraq xəstəxananı tərk edib.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qadında Ebola virusu dekabrın 29-da, Qərbi Afrikadan qayıdarkən müəyyən edilmişdi.

 

Polin Kafferki digər britaniyalı tibb işçiləri ilə yanaşı  Sierra-Leonedə Ebola epidimiyası ilə mübarizə aparıb. Onu adı açıqlanmayan eksperimental virusa qarşı preparatla müalicə olunduğu bildirlir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR