"Simurq" qələbə ilə qayıdır

"Simurq" qələbə ilə qayıdır
23:01 24 Yanvar 2015
132 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün sonuncu - 5-ci yoхlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Georgi Çiхradze yetirmələrini Ukrayna klubu ilə oyunda sınayıb.

Belə ki, "Simurq" "Volın" klubu ilə qarşılaşıb. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Simurq"un Rəşad Eyyubov və Nicat Muxtarov fərqlənib.

Qeyd edək ki, "Voln" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsianinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla "Neftçala"nın çalışdırıcısı Kamal Quliyev, karyerasını davam etdirən qapıçı Cahangir Həsənzadə vaхtı ilə "Volın"ın formasını geyinib. Yanvarın 21-də "Volın" "Neftçi" ilə qarşılaşıb və 3:4 hesabı ilə yenilib.

"Simurq" bundan əvvəl Antalyada 4 oyun keçirib. "Şaxtyor"a (Qazaxıstan) qalib gələn (3:0) zaqatalılar "Duysburq"a (Almaniya) 1:4, "İrtış"a (Qazaxıstan) 0:3 hesabı ilə yenilib, "Astra" (Rumıniya) ilə "sülh" bağlayıb - 0:0.

Antalya
Yoхlama oyunu
24 yanvar

Simurq (Azərbaycan) - Volın (Ukrayna) 2:0
Qollar: Rəşad Eyyubov, 18. Nicat Muxtarov, 85.
Simurq: Pavel Kapsa, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman (Banas Adam), Melli, Samir Zergerov, Reşad Eyyubov, Vadim Abdullayev (Vüqar Mustafayev), Marko Stanoyeviç , Patrik Osiako, Draqan Çeran.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR