Rusiyanın hərbi doktrinasına dəyişiklik edilib

17:32 26 Dekabr 2014
68 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:28 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının hərbi doktrinası” haqqında yeni fərman imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sənəd Rusiyanın hazırda qüvvədə olan, 2013-cü il iyulun 5-də Rusiya Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş hərbi doktrinasına yeni redaktələri ehtiva edir.

 

Qeyd olunur ki, doktrinaya edilmiş dəyişikliklər Təhlükəsizlik Şurasının dekabrın 19-da keçirilən iclasında təsdiqlənib.

 

Təhlükəsizlik Şurasının rəsmi saytında bildirilir ki, dəyişikliklər ilk növbədə Rusiya üçün yeni – xüsusilə də, Ukraynadakı vəziyyətlə bağlı, həmçinin Afrikanın şimalında, Suriya, İraq və Əfqanıstanda təhdidlərin yaranması ilə bağlıdır. Bundan başqa, açıqlamada qeyd olunur ki, “Rusiya sərhədlərində NATO-nun potensialı güclənir, raket hücumundan müdafiə sisteminin qlobal yerləşdirilməsi istiqamətində fəal işlər həyata keçirilir”.

 

Bununla belə, vurğulanır ki, yeni doktrina özünün müdafiə xarakterli məzmununu qoruyur və hərbi gücdən istifadəni ancaq bütün dinc vasitələrin sıradan çıxmasından sonra məqbul sayır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR