Yuklənmiş, aqressiv Mercedes - FOTO

Yuklənmiş, aqressiv Mercedes - FOTO
23:47 24 Yanvar 2015
429 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Mercedes-Benz” şirkəti Detroytda krossover “GLE Coupe”-nin AMG idman bölməsinin mütəxəssisləri tərəfindən tamamlanmış ən güclü versiyasını təqdim edəcək. Yolsuzluq avtomobili “Mercedes-AMG GLE 63 Coupe” adlanır və standart və “S” əlavəsi olan modifikasiyalarda təqdim olunub. Çox məhsuldar güc qurğusu və digər modernləşdirilmiş texnika ilə birgə avtomobil daha aqressiv dizayn və daxili içliyin idman tərtibatını əldə etdi. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil ilə tanışlığa onun kapotaltı sahəsi ilə başlamaq lazımdır. Burada adi versiyada 1750-5500 d/dəqiqədə 557 a.g. və 700 Nm, gücləndirilmiş S-versiyada isə 1750-5250 d/dəqiqədə 585 a.g. və 760 Nm fırlanma anı verən 5,5 litrlik tvin-turbo V8 mühərriki yerləşir. Mühərrik sükanaltı ləçəklər və 4Matic tam ötürücü sistemi ilə təchiz olunmuş yeddipilləli avtomat sürət qutusu ilə birgə işləyir. 96 km/saata sürətlənmək üçün top versiyasına 4,2 saniyə lazımdır. Maksimal sürət 250 km/saat nişanında elektronika ilə məhdudlaşıb. 
 
“Mercedes-AMG GLE 63 Coupe” mühərrikin, asılqanın və sükanın işini tələb olunan hərəkət üslubuna kökləməyə imkan verən AirMatic pnevmatik asılqanı və Dynamic Select sistemi ilə komplektləşdirilir. Gücləndirilmiş əyləc sistemi qırmızı supportlardan başqa qabaqdan 390, arxadan isə 345 mm-lik əyləc diskləri əldə etdi. Təkərlər – standart modifikasiya üçün qabaqdan 285/45, arxadan isə 325/40 ölçülü şinləri olan 21 düymlük, “GLE 63 S Coupe” modifikasiyası üçün qabaqdan 285/40, arxadan isə 325/35 ölçülü şinləri olan 22 düymlük disklərdir. 
 
Mühərrikin daha yüksək səsini xoşlayanlar əlavə məbləğə idman qazçıxması sifariş verə bilərlər. Böyüdülmüş hava çıxışları olan daha aqressiv qabaq bamper, diodlu qabaq fənərlər, genişləndirilmiş təkər yarımhalqaları, beşinci qapıdakı spoyler və qazçıxma sisteminin dörd dördbucaqlı xromlaşdırılmış ucluqları olan arxa bamperin diffuzoru yeniliyin xarici fərqli cəhətləri oldu. 
 
Daxili yeniliklər məhduddur və nappa dərisi ilə tikilmiş idman oturacaqları, paslanmayan pedallar, karbon qoymalar və 320 km/saatadək nömrələnmiş spidometri olan cihaz panelindən ibarətdir. 
 
360 dərəcəlik videogörünüş sistemi, Harman Kardon akustika (əlavə məbləğə Bang & Olufsen təkif olunur), üzbəüz toqquşmanın qarşısını alan sistem, yeni multimediya sistemi və şinlərdə təzyiq göstəriciləri avtomobilin standart komplektasiyasına daxil olacaq. 
 
Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR