Gürcüstanın baş naziri Mixail Saakaşvilini xalq düşməni adlandırıb

17:32 26 Dekabr 2014
77 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:28 ]

Bakı – APA. Gürcüstanın baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixail Saakaşvilini xalq düşməni adlandırıb.

 

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, İ. Qaribaşvili ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Saakaşvilinin gürcü hərbçilərini Ukraynada döyüşmək çağırışını biabırçılıq kimi dəyərləndirib.

 

“Bir çox cinayətlərdə ittiham olunan Saakaşvili və onun komandasının üzvləri hərbçilərimizə Gürcüstan vətəndaşlığından imtina etmək və Ukraynada döyüşməyə dəvət etmələri birbaşa xəyanət və xəyanətə çağırışdır. Saakaşvili ölkəmizin və xalqımızın düşmənidir. Sabiq ali baş komandanın etdikləri biabırçılıqdır”, - deyə o vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR