Samuxda maşın piyadanı vurub öldürdü

Samuxda maşın piyadanı vurub öldürdü
00:09 25 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 24-də axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

 

Gəncə şəhər sakini, 65 yaşlı Rza Teymur oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Samuxun İstixana qəsəbə sakini, 28 yaşlı Bayram Rafiq oğlu Qasımovu vurub.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR