Narkomaniya əleyhinə peyvənd hazırlanır

Narkomaniya əleyhinə peyvənd hazırlanır
00:12 25 Yanvar 2015
154 Sosial
Ölkə mətbuatı
A- A+

Alimlər kokainin psixotrop effektini aradan qaldıran peyvənd üzərində işləyirlər. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu dərman nəzəri cəhətdən narkotik maddə istəyən insanın bədənindəki ağrı sindromunu aradan qaldıracaq. Beləliklə narkotik asılılığını da azalda biləcək.

Dərmanın hazırlanması zamanı alimlər yeni yanaşma ortaya qoyublar. Onlar bakterial səviyyədə zülal götürüblər və vadar ediblər ki, həmin zülallar bədənə düşən kokainə hücum çəksinlər.

Beləliklə də immunitetin reaksiyası narkotik maddənin bədəndəki asılılıq effektini azaldır.

Dərmanın hazırlanması zamanı təhlükəsiz Flaqellin zülalından istifadə edilib. Həmin zülal digər peyvəndlərin hazırlanmasında da istifadə edilir.

Peyvənd artıq siçanlar üzərində sınaqdan keçirilib və effektiv olduğu meydana çıxıb. Bu üsulla digər narkotik maddələrə qarşı da peyvəndlər hazırlamaq mümkün olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/320771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR