Parisde karate uzre aciq birincilikde Azerbaycan 29 idmanci ile temsil olunur

Parisde karate uzre aciq birincilikde Azerbaycan 29 idmanci ile temsil olunur
00:13 25 Yanvar 2015
998 İdman
Ölkə mətbuatı
A- A+


Paris, 24 yanvar, AzerTAc. 
Yanvarin 24-de Parisin Pyer de Kuberten arenasinda Dunya Karate Federasiyasinin premyer liqa yarislarindan olan “Paris open“ turnirine start verilib. Karatenin kana ve kumine novu uzre kecirilen yarislara 46 olkeden 930 idmanci qatilib. Azerbaycan turnirde 29 idmanci ile temsil olunur.
Yarislarin ilk gunu bezi azerbaycanli karate ustalari ucun ugursuz baslayib. Bele ki, 60 kiloqram ceki derecesinde cixis eden Firdovsi Ferzeliyev, Nicat Abbasov, Rustem Medetov, Vusal Kamalli ve Suleyman Hetemov kecirdikleri goruslerde reqiblerine uduzublar.
Defelerle Avropa ve dunya cempionu Rafael Agayev 75 kiloqram ceki derecesinde hollandiyali, danimarkali, amerikali ve italiyali reqiblerine qalib gelse de, ukraynali Stanislav Horuna ile gorusu hec-hece basa vurub. Idmancimiz xeberdarliq aldigindan qelebe ukraynaliya verilib. Rafael Agayev ucuncu yer ugrunda yarislari davam etdirecek. Onun komanda yoldasi Ayxan Mamayev 84 kiloqram cekide Fransa ve Ispaniyadan olan reqiblerine boyuk ustunlukle qalib gelib. Amma elcezairli karate ustasina 2:3 hesabi ile uduzaraq mubarizeni dayandirib.
Idmancilarimizdan Ilahe Qasimova ve Orxan Heyderli yarislara ikinci merheleden qosulublar.
Yanvarin 25-de kecirilecek yarislarda turnirin finalcilari mueyyen olunacaq.

Esger Eliyev
AzerTAc-in xususi muxbiri
Paris

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR