Savaş qorxusu var, amma...

Savaş qorxusu var, amma...
00:41 25 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Twitter-də yazdığı şərhlər iyrəncdir.

ANS PRESS-in məlumatına görə, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan Uorlikin Azərbaycan və Ermənistan prezidentlərinə müraciətinə münasibət bildirərkən deyib.

O, bildirib ki, Uorlikin müharibə qorxusunun yaşandığı bir dövrdə sosial şəbəkə üzərindən müraciət etməsi iyrənc bir addımdır.

"Vasitəçilik etmək üçün başqa yol qalmayıb? Bu necə də yüngül düşüncə tərzidir. ATƏT-in Minsk Qrupu hələ də başa düşməyib ki, sosial şəbəkə üzərindən verilən boş-boş bəyanatlarla regionda gərginlik azalmayacaq. Əgər kimsə regionda yaranmış vəziyyətə adekvat qiymət verə bilmirsə, heç olmasa sussun", deyə politoloq bildirib.

Qeyd edək ki, dünən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət etmişdi.

"Mənim prezidentlərə müraciətim ondan ibarətdir ki, qoşunların təmas xəttində son vaxtlar yaranan gərginliyi azaltmaq lazımdır və sülh danışıqları davam etidirilməlidir", deyə Uorlik Twitter-də bildirmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR