Ukraynada Ali Radanın növbədənkənar iclası keçiriləcək

Ukraynada Ali Radanın növbədənkənar iclası keçiriləcək
02:07 25 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 02:03 ]

Bakı-APA. Yanvarın 25-də Ukrayna Ali Radasının növbədənkənar iclası keçiriləcək.

APA-nın “Rosbalt”-a istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun bloku” fraksiyasının lideri Yuri Lutsenko bildirib.

 

Məlum olduğu kimi, yanvarın 24-də Ukraynanın Mariupol şəhərinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb. İnsidentlə əlaqədar ölkə başçısı Səudiyyə Ərəbistanına səfərini yarımçıq kəsərək  Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. ATƏT müşahidəçilərinin məlumatlarına görə, Mariupol şəhəri separatçıların nəzarəti altında olan ərazidən atəşə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR