Təyyarədə bomba həyəcanı

Təyyarədə bomba həyəcanı
03:16 25 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) sərnişin təyyarələrindən birində bomba olması ilə bağlı xəbərdarlıq daxil olub.

ANS PRESS-in məlumatına görə, ötən gün ABŞ-ın "Delta" və "Southwest Airlines" şirkətlərinə məxsus təyyarələrdə bomba olması barədə xəbərdarlıq edilib və təyyarələr Atlantanın "Hartsfild" hava limanına təcili eniş etməli olub. Bomba həyəcanı təyyarədəki sərnişinlər arasında təşvişə səbəb olsa da, onlara hər şeyin qaydasında olduğu və yaxınlıqdakı hava limanına enəcəkləri bildirilib. Bu barədə CBC televiziyası xəbər verib.

Xəbərdə bildirilir ki, səslənilən xəbərdarlıq qiymətləndirirldikdən sonra "Delta Flight 1156" təyyarəsi Oreqon ştatının Portland, "Southwest Airlines Flight 2492" təyyarəsi isə Viskonsin ştatının Mulvok şəhərindən havaya qalxıblar.

Hər iki təyyarənin sərnişinləri sağ-salamat şəkildə, təhlükəsiz qaydalarına riayət olunmaqla yerə enib.

Hadisə barədə əlavə məlumat verilmir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR