Yüz min nəfərlik etiraz (VİDEO)

Yüz min nəfərlik etiraz (VİDEO)
04:06 25 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-də Türkiyənin Diyarbəkir şəhərində 100 min nəfərin iştirakı ilə Fransadakı satirik “Charlie Hebdo" jurnalı əleyhinə mitinq keçirilib.

ANS PRESS-in məlumatına görə, etiraz mitinqi “Peyğəmbər Sevdalıları Platforumu” tərəfindən təşkil edilib. Mitinq iştirakçıları türkcə və kürtcə şüarlar səsləndirib, ilahilər oxuyub və cəm halında namaz qılıblar.

Hər hanısısa bir hadisənin baş verməsinin qarşsını almaq məqsədilə mitinqə gələnlərin üstü yoxlanıb və təhlükəsizlik tədbirləri mitinq boyu davam edib.

Etirazçılar fikir və düşüncə azadlığı adı altında heç kimin islami dəyərlərə həqarətlə yanaşması haqqının olmadığını vurğulayıblar.

Xatırladaq ki, yanvarın 7-də silahlı şəxslər “Charlie Hebdo” satirik dərgisinin ofisinə hücum edərək orada 12 əməkdaşı öldürmüşdülər. Bundan sonra polisin keçirdiyi əməliyyatda həmin hücumda şübhəli bilinənlər də məhv edilmişdi. Bundan sonra isə satirik jurnalın peyğəmbəri təhqir etmək məqsədilə karukatura çəkmiş və bu, bir çox müsəlman ölkələrində etirazlar doğurub.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR