Göyçayda Gənclər Mərkəzi inşa edilir

06:03 25 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 25 yanvar, AzərTAc
Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə şəhərdə inşa olunan Gənclər Mərkəzinin tikintisi davam etdirilir.
AzərTAc xəbər verir ki, rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan binanın ikinci mərtəbəsində hörgü işləri başa çatdırılıb, dam örtüyü, qapı-pəncərələri quraşdırılıb. Hazırda binanın daxilində təmir işləri aparılır.
İnşaat işlərini “ATF-İnşaat” MMC-nin tikinti briqadası həyata keçirdiyi Gənclər Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ümumi sahəsi 1300 kvadratmetr olan ikimərtəbəli binada konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün zallar, internet klub, stolüstü oyunlar üçün otaqlar olacaq, trenajor zalı, kitabxana, xalçaçılıq, rəsm və musiqi dərnəkləri, diskoteka fəaliyyət göstərəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_Gencler_Merkezi_insa_edilir-827370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR