Yeniyetmələr arasında taekvondo üzrə respublika birinciliyi Göyçayda keçiriləcək

06:08 25 Yanvar 2015
124 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc 
Azərbaycan Taekvondo Federasiyası (ATF) 2001-2003-cü il təvəllüdü yeniyetmələr arasında respublika birinciliyi keçirəcək.
AzərTAc xəbər verir ki, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin fevralın 21-22-də Göyçay Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulur. Yarışlara Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar, on çəki dərəcələrində taekvondoçu oğlan və qızlar qatılacaqlar. İki gün davan edəcək turnirdə idmançılar şəxsi və komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Birincilik Azərbaycanda taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, yarış təcrübəsinin və ustalığın artırılması, yeniyetmələr arasında yığma komandaların heyətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Yarış “Daeodo” international taekvono sistemi ilə keçiriləcək və “video təkrar” sistemi tətbiq olunacaq.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR