Oxfam: 2016-cı ilədək dünya varidatının yarısı əhalinin 1 faizinin əlində cəmləşəcək

06:13 25 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
2016-cı ilə qədər dünyanın 1 faiz zəngin insanının sərvəti əhalinin qalan 99 faizinin ümumi vəsaitindən çox olacaq.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, belə bir proqnozla Oxfam beynəlxalq xeyriyyə cəmiyyəti çıxış edib. Tədqiqatın nəticələri BBC yayım kompaniyası tərəfindən dərc olunub.
Məruzəyə əsasən planetin ən zəngin insanlarına məxsus dünya varidatının payı 2009-cu ildəki 44 faizdən 2014-cü ildə 48 faizə qədər qalxıb. Beləliklə, dünyada artan bərabərsizlik tendensiyasının bu templə davam edəcəyi təqdirdə 2016-cı ilədək planetimizin əhalisinin cəmi 1 faizini təşkil edən zəngin insanların sərvəti dünya vəsaitinin 50 faizindən çox olacaq.
Hazırda Forbes siyahısında ilk 80 yerin sahibinin sərvəti dünya əhalisinin yarısının (təxminən 3,5 milyard nəfərin) ümumi sərvətinə bərabərdir. Bir milyarddan çox insan isə gündə 1,25 dollardan da az vəsaitlə yaşamağa məcburdur.
Oxfam təşkilatının başçısı Vinni Byanima “bərabərsizliyin heyrətamiz ölçülərə çatdığını” bildirərək dünya liderlərini vergilərdən yayınmanın qarşısını almağa və dövlət xidmətlərinin yaxşılaşdırılmasına səsləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oxfam_2016_ci_iledek_dunya_varidatinin_yarisi_ehalinin_1_faizinin_elinde_cemlesecek-827373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR