Vısotskinin dünyaya gəlməsindən 77 il ötür

Vısotskinin dünyaya gəlməsindən 77 il ötür
07:06 25 Yanvar 2015
115 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor, müğənni, bəstəkar, SSRİ Dövlət mükafatı laureatı Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Onun uşaqlığı müharibə illərinə təsadüf edib. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşayıb, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə gedib. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olub. 1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləyib.

O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış edib. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənib. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazıb.

İlk kitabı "Tatuirovka"("Döymə")1961-ci ildə çap olunub. V.Vısotski 1959-cu ildən kinoya çəkilib. 1960-cı ilin ilk yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlayıb. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilib və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmayıb. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış edib. 1980-ci ilin 18 iyulunda "Hamlet" tamaşasından bir həftə sonra ayın 27-də 42 yaşında vəfat edib. 1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb"("Nerv") çap olunub.

1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilib.

Qeyd edək ki, dünyanın məşhur virtual axtarış sistemlərindən biri olan “Google” 2012-ci ildə Vladimir Vısotskinin dünyaya gəlməsi münasibəti ilə ilk səhifəsini və loqosunu müğənniyə həsr etmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=321730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR