Göyçayda Gənclər Mərkəzi tikilir

Göyçayda Gənclər Mərkəzi tikilir
07:31 25 Yanvar 2015
190 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay Rayon İcra Hakimiyyətinin sifarişi ilə şəhərdə inşa olunan Gənclər Mərkəzinin tikintisi davam etdirilir.

ANS PRESS-in məlumatına görə, rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulan binanın ikinci mərtəbəsində hörgü işləri başa çatdırılıb, dam örtüyü, qapı-pəncərələri quraşdırılıb. Hazırda binanın daxilində təmir işləri aparılır. Bu barədə AzərTAc xəbər verir.

İnşaat işlərini “ATF-İnşaat” MMC-nin tikinti briqadası həyata keçirdiyi Gənclər Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ümumi sahəsi 1300 kvadratmetr olan ikimərtəbəli binada konfrans və “dəyirmi masa”ların keçirilməsi üçün zallar, internet klub, stolüstü oyunlar üçün otaqlar olacaq, trenajor zalı, kitabxana, xalçaçılıq, rəsm və musiqi dərnəkləri, diskoteka fəaliyyət göstərəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR