DXR ittihamları rədd edir (VİDEO)

DXR ittihamları rədd edir (VİDEO)
09:36 25 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

"Mariupolu atəşə tutmaq üçün lazım olan atəş sistemləri bizdə yoxdu". ANS PRESS-in məlumatına görə, bu sözləri qondarma Donetsk Xalq Respublikasının rəhbəri Zaxarçenko bildirib.

Onun sözlərinə görə, Mariupola atəş açmaq fiziki cəhətdən belə mümkün deyil. Belə ki, separatçılar şəhərdən 40 kilometr aralıda yerləşdiriliblər.

“Qüvvələrimiz Mariupola hücumu nəzərdə tutmur. Onlara Ukrayna ordusunun qarşısını alaraq şəhərdən şərqə tərəf yürütmək əmri verilib”- deyə Zaxarçenko bildirib.

Separatçılar iddia edirlər ki, şəhərin atəş altında qalması Ukrayna ordusunun topçularının səhvi ucbatından baş verib.

Qeyd edək ki, şənbə günü Ukraynanın Mariupol şəhəri "qrad" və top atəşinə tutulub. Nəticədə, 30 nəfər həyatını itirib, 102 nəfər isə yaralanıb.




Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR