Bomba qorxusu ilə bir şəhərdən digərinə uçdular - VİDEO

Bomba qorxusu ilə bir şəhərdən digərinə uçdular - VİDEO
09:42 25 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) sərnişin təyyarələrindən birində bomba olması ilə bağlı xəbərdarlıq daxil olub.

Anspress-in məlumatına görə, ötən gün ABŞ-ın "Delta" və "Southwest Airlines" şirkətlərinə məxsus təyyarələrdə bomba olması barədə xəbərdarlıq edilib və təyyarələr Atlantanın "Hartsfild" hava limanına təcili eniş etməli olub. Bomba həyəcanı təyyarədəki sərnişinlər arasında təşvişə səbəb olsa da, onlara hər şeyin qaydasında olduğu və yaxınlıqdakı hava limanına enəcəkləri bildirilib. Bu barədə CBC televiziyası xəbər verib.

Xəbərdə bildirilir ki, səslənilən xəbərdarlıq qiymətləndirildikdən sonra "Delta Flight 1156" təyyarəsi Oreqon ştatının Portland, "Southwest Airlines Flight 2492" təyyarəsi isə Viskonsin ştatının Mulvok şəhərindən havaya qalxıb.

Hər iki təyyarənin sərnişinləri sağ-salamat şəkildə, təhlükəsizlik qaydalarına riayət olunmaqla yerə enib. Təyyarələrin hava limanına enişindən sonra FTB qrupları bomba axtarışına başlayıb, lakin hadisə barədə əlavə məlumat verilmir.




Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR