Bakıda yağışlar bəzi yerlərdə təhlükə yaradıb, vətəndaşlar ərazidən çıxarılıb

Bakıda yağışlar bəzi yerlərdə təhlükə yaradıb, vətəndaşlar ərazidən çıxarılıb
09:48 25 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2356849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR