Xarkovda terror aktı?

Xarkovda terror aktı?
09:56 25 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində bu gecə, yanvarın 24-dən 25-nə keçən gecə partlayış olub.

ANS PRESS-in Xarkovun yerli saytı Vgorode.ua.-ya istinadən verdiyi məlumata görə, insident yerli vaxtla gecə saat 03-də, Xarkov-Balaşovski stansiyasının yerləşdiyi rayonda baş verib. Partlayışdan sonra xırda partlayışlarla müşahidə olunan güclü yanğın başlayıb.

Partlayışın şahidləri sosial şəbəkələrdə gördükləri mənzərəni belə şərh edirlər; Həqiqətən də yanğın güclüdür. Qara tüstü çıxır. Partlayışdan sonra fişəng səsinə bənzər xırda partlayışlar eşidilir. Güclü partlayış idi, fuqasın (partlayıcı mina) partlamasına oxşayırdı.
Digər şahid anbarın yandığını iddia edir.

Ukrayna Daxili İşlər Nazirliyi partlayışı hələ şərh etməyib. Hadisənin səbəbi, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 19-da Xarkovda "Svoboda" partiyasının üzvlərinin işi baxılan məhkəmə binasının yaxınlığında partlayış qeydə alınmışdı. Partlayış nəticəsində 13 nəfər xəsarət almışdı. Hadisə terror aktı kimi qiymətləndirilmişdi.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR