“Aviasiya haqqında” qanunda dəyişiklik: sərnişinlər sığortalanmalıdır

“Aviasiya haqqında” qanunda dəyişiklik: sərnişinlər sığortalanmalıdır
09:59 25 Yanvar 2015
148 Sosial
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiqləyib. Lent.az-ın məlumatına görə, dəyişikliyə əsasən, aviasiya sahəsində çalışanlar və sərnişinlər müvafiq qaydada sığorta etdiriləcəklər.

 

Qanundakı dəyişikliklər aşağıdakı kimidir:

1. 40-cı maddə üzrə:

1.1. adında “İcbari” sözü “Aviasiya sahəsində” sözləri ilə əvəz edilsin;

1.2. 40.2-ci maddədə “icbari sığortası” sözləri “sığorta etdirilməsi” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 40.3-cü maddə əlavə edilsin:

“40.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə fərqli qaydalar müəyyən edildiyi hallar istisna olmaqla:

40.3.1. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, habelə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin istismar etdiyi digər dövlətə məxsus olan hava gəmilərinin ekipaj üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa;

40.3.2. bu qanunun 40.3.1-ci maddəsində göstərilən hava gəmiləri ilə Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən daşınan sərnişinlər fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.”.

2. 52-ci maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR