İrəvanı gözləyən bəla

İrəvanı gözləyən bəla
17:56 26 Dekabr 2014
73 Dünya
Ölkə mətbuatı
A- A+

Avrasiya İtisadi İttifaqına (Aİİ) daxil olduqdan sonra Ermənistanda ciddi inflyasiya gözlənilir.

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Artak Manukyan bildirib.

O deyib ki, Aİİ-yə üzv olduqdan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çox ehtimalla Ermənistana da tətbiq ediləcək və bu, vəziyyəti lap pisləşdirəcək. Rusiyanın tətbiq etdiyi orta gömrük rüsumlarının Ermənistandan çox yüksək olması da inflyasiya üçün şərait yaradacaq.

İqtisadçının fikrincə, inflyasiya qiymət elastikliyinin əmsalından asılıdır. Rusiyada satılan istənilən malın qiyməti Ermənistanda bahalaşacaq: "Bizim ölkəmizdə gözlənən inflyasiyaya həmçinin valyuta məzənnəsinin artımı da təsir göstərəcək. Bizdə yeni ilin ilk ayında kifayət qədər böyük inflyasiya yaranacaq, buna Rusiyaya tətbiq edilən sanksiyalar səbəb olacaq.

A.Manukyan vurğulayıb ki, Rusiyada elektrotexnika mallarının qiyməti düşəcək, buğdanın qiyməti artacaq. Yanacaq və geniş istehlaklı mallara görə inflyasiya dərinləşəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR