Azərbaycanda istismar edilən gəmilərlə bağlı YENİ TƏLƏB

Azərbaycanda istismar edilən gəmilərlə bağlı YENİ TƏLƏB
10:04 25 Yanvar 2015
120 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilib. Lent.az-ın məlumatına görə, məcəlləyə aşağıdakı məzmunlu iki maddə əlavə edilib: 

“48.2.3. sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.

48.3. Bu Məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir.”.

 

Qeyd edək ki, dəyişikliklər artıq qüvvəyə minib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR