Dünyadakı ən qeyri-adi vergilər - SİYAHI

Dünyadakı ən qeyri-adi vergilər - SİYAHI
10:05 25 Yanvar 2015
475 Maraqlı
Ölkə mətbuatı
A- A+

Demək olar, hər bir ölkə vətəndaşlarının tarixin hansısa mərhələsində ödədiyi hansısa qeyri-adi vergisi ilə öyünə bilər. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu yazıda müxtəlif ölkə vətəndaşlarının ən qeyri-standart, hətta ən gülməli vergi ödəməklə rastlaşdıqları haqda bəhs edəcəyik. İnkişaf etmiş sivilizasiyalı ölkələrdə yeni-yeni vergi düşünülüb, axı ölkəni saxlamaq lazımdır, bunun üçün isə böyük vəsait tələb olunur. Bu səbəbdən elə vergi növü düşünülüb ki, ölkənin heç bir sakini ondan yayınmasın. Tarixdə artıq belə vergilər də olub: kölgə vergisi, azadlıq, hətta gips, tualet, qorxaqlıq vergisi. Ancaq inkişafımız yerində dayanmır və hər gün daha mənasız vergilər düşünülür.

1.Azadlıq vergisi

Müasir dünyada belə vergi mövcud olmasa da, qullara sahib olma illərində o, tamamilə normal sayılıb və nə kəskin tənqid olunub, nə də etiraza səbəb olub. Qədim Romada bu vergi tətbiq olunub. Onu ya azad olunan qul, ya da onun keçmiş sahibi ödəyirdi. Belə çıxırdı ki, azad qul olmaqdan ötrü qul özü iki dəfə xərcə düşüb – öz sahibinə və dövlətə.

2. Həyat vergisi

Belə vergi vergiyığanların nöqteyi-nəzərincə ideal olub, çünki onu hər kəs ödəməli idi. O, 14-cü əsrdə İngiltərədə düşünülüb və tezliklə bu vergi sayəsində ən böyük üsyanlardan biri baş verib və vergini tələsik ləğv ediblər.

3. Qorxaqlıq vergisi

İngiltərədə daha bir qəribə vergi olub. Həyat vergisindən əlavə, burada qorxaqlığa görə də vergi mövcud olub. Bu 12-ci əsrdə baş verib, o zaman hansı vətəndaş döyüşməkdən imtina edirdisə, vergi ödəməyə borclu idi. Əvvəlcə məbləğ kiçik olub, bu səbəbdən hər kəs ödəyə bilirdi, amma vaxt gecdikcə, yəni döyüşmək üçün hərbçi son dərəcə çatmayanda, kral verginin məbləğini 3 dəfə qaldırıb və onu hətta sülh dövründə cəngavərlərdən yığmağa başlayıblar. Əlbəttə, adamlar buna uzun müddət dözməyiblər və növbəti üsyan qalxıb, nəticədə böyük sərbəstlik xartiyası ortaya çıxıb.

4. Tualet vergisi

Çox maraqlı olan bu vergini 1-ci əsrdə Roma imperatoru Veslasian tətbiq edib. Onun oğlu Tit atasının qərarını təqdir etməyib, onda imperator pulu öz oğlunun burnuna tutub və məşhur fikri işlədib: pulu vurmayacaqlar. Qeyd etmək lazımdır ki, o zamanlar mərmərdən olan ayaqyoluları yerli sakinlər çox bəyənirdilər, onlar hətta ondan təyinatı üzrə yox, görüş yeri kimi də istifadə edirdilər. Buna görə onlar ayaqyolundan imtina etməyərək könüllü şəkildə vergi ödəyiblər.

5. Dünyada ən qeyri-adi vergi

Çətindir söyləmək, verginin hansı qeyri-adi olub, yəqin ki, bu Amerikadakı şüur genəldicisi vergisidir. Onu 2005-ci ildə Tennesi ştatında tətbiq ediblər. O, özündə psixotrop maddə - ekstazi, marixuananı və heroin - təmsil edirdi. Bu vergini anonim narkotik ticarəti ilə məşğul olan hər bir taciri ödəməyə məcbur etdilər. Əgər hər ehtimala qarşı polis ələ keçirərdisə, vergi ödəməklə bağlı sənəd təqdim edəndən sonra onun müddətini azaldırlar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR