Ronaldo peşman oldu: "Hər kəsdən üzr istəyirəm"

Ronaldo peşman oldu: "Hər kəsdən üzr istəyirəm"
10:24 25 Yanvar 2015
119 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın hücumçusu Kriştianu Ronaldo İspaniya La Liqasının XX turu çərçivəsində "Kordoba"ya qarşı matçda qırmızı vərəqə aldığı üçün hər kəsdən üzr istəyib. Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü bu barədə "Tvitter" hesabından yazıb.

 

O bunları qeyd edib: “Mən öz emosional hərəkətlərimə görə çox təəssüflənirəm. Hər kəsdən üzr istəyirəm. Xüsusilə, rəqibin oyunçusu Edimardan”.

 

Qeyd edək ki, Ronaldo qarşılaşmanın 82-ci dəqiqəsində "Kordoba"nın futbolçusu Edimarın ayağına təpiklə vurub. Daha sonra o, rəqibin digər bir futbolçusunun sifətindən itələyib. Bu hərəkətləri ona baha başa gəlib və görüşün baş hakimi Kriştianunu qırmızı vərəqə ilə cəzalandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR