Bu şəxslər ölkəni tərk edə bilməzlər

Bu şəxslər ölkəni tərk edə bilməzlər
10:36 25 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə yerli icra qurumlarının icraatında 278 862 icra sənədi olub ki, onlardan da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülərək 70%-nin icrasına nail olunub.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. İcra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib. Hazırda 2192 borclu şəxs ölkəni tərk edə bilməz.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR