BMW - əfsanəyə qayıdış (VİDEO)

BMW - əfsanəyə qayıdış (VİDEO)
10:56 25 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Myunxendə BMW Group-un baş qərərgahının qonşuluğunda əfsanəvi şirkətin tarixini əks etdirən muzey yer alır.

ANS PRESS-in məlumatına görə, burada olan 120 original eksponat BMW-nin 90 illik fəaliyyətini əks etdirir.

Məşhur markanın tarixi ilə maraqlanmaq üçün burada 25 sərgi otağından il ərzində 400 min insan keçir.

Qeyd edək ki, BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir.

Hazırda BMW dünyanın ən iri avtomobil istehsal edən şirkətlərindən biridir. MİNİ, Rolce-Royce şirkətlərin səhmlərinə malikdir. Təkcə ötən 2005-ci ildə dünyada 1,3 mln. BMW avtomobilləri satılıb. Bunun nəticəsində şirkətin ümumi gəiliri 55,3 mlrd, xalis gəlir isə 2,7 mlrd. olub.

BMW-də 106 min insan əmək fəaliyyəti ilə məşğuldur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=43&nid=321744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR